Facebook Pixel Code
Hamamlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Hamamlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) ra­yonunda, indi Lori vilayətində hazırda Spitak adlanan şəhər. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 15 km qərbdə, Pəmbək çayının yuxarı axarında, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. 1801-ci ildə Ru­siya tərəfindən işğal edilmiş Pəmbək-Şörəyel distansiyasına daxil edilmişdir. XIX əsrdə yeni yaradılan inzibati ərazi bölgüsünə əsasən, İrəvan quberniyasının Aleksandropol qəzasının tərki­binə verilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra Lori-Pəmbək qəzasına daxil olmuşdur (Erməni Sovet En­siklopediyası, II c., İrəvan, 1985, s. 75; 85, s. 331). "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 132), Qafqazın 5 verstlik xəritəsində (348, s. 14) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşa­mış, ermənilərin bölgədə məskunlaşdırılmasın- dan sonra əhalisi kəndi tədricən tərk etmişdir. 1937-ci ilə kimi Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur. Hamamlı toponimi Ha­mam şəxs adına mənsubluq bildirən "-h" şəkilçi­sinin artırılması əsasında əmələ gəlmişdir. 1937-ci il dekabrın 31-də Hamamlı adlı rayon yaradıl­mışdır. Erm. SSR AS RH-nin 26 sentyabr 1949-cu il tarixli qərarı ilə şəhərin adı dəyişdirilərək "Spitak" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 183).

Coğrafi koordinatları: 40°50' şm. e., 44°16' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow