Facebook Pixel Code
Qacaran
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qaçaran (Gecalan, Gecanan) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Qafan rayonunda, indi Sünik vilayətində şəhər. Vilayət mərkəzi Qapan şəhərindən 26 km cənub-qərbdə, Oxçu çayının sahilində, dəniz sə­viyyəsindən 1850 m hündürlükdə yerləşir. XVIII əsrdən etibarən burada mədən üsulu ilə mis-mo­libden çıxarılmışdır (244 a, s. 184). 1921-ci İl avqustun 31-də sovet Ermənistanında Zən­gəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində "Kacaran" formasında (348, s. 107), erməni müəllifləri­nin əsərlərində "Qacarans" (415, s. 62) kimi qeyd edilmişdir. Ermənilər bura 1946-cı ildə İrandan, Suriyadan və Kiprdən köçürülüb yerləşdirilmişdir 416, s. 205). Ermənilərdən başqa, 1931-ci ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 136). Toponimin adı qayı türk tayfasından olan "qacar" etnoniminə (245, s. 48) cəmlik bil­dirən "-an" (Azərbaycan dilində cəmlik bildirən "-lar" şəkilçisinin sinonimidir) şəkilçisinin artırıl­ması yolu ilə yaranmışdır. Qızılbaş tayfalarından biri də "qacar" adlanırdı (175, s. 36). "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 205). Erm. SSR AS RH-nin 4 iyul 1951 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Kacaran" adlandırılmışdır. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayə­tinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 205).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow