Facebook Pixel Code
Hacı Xəlil
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Hacı Xəlil - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 51 km şimal-qərbdə, Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında, dəniz səviyyə­sindən 2100 m hündürlükdə yerləşir. Keçmiş Araqats (Alagöz) rayonu təşkil edilənədək (15 mart 1972) keçmiş Abaran rayonunun inzi­bati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftə­rində (143, s. 109-111), Qafqazın 5 verstlik xə­ritəsində (348, s. 55) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftə­rində bu kəndin Abaran nahiyəsində yerləşdiyi göstərilir. Kəndin sakinləri azərbaycanlılar ol­muşdur. Türkmənçay müqaviləsindən sonra - 1830-cu illərdə xaricdən köçürülüb gətirilən er­mənilər bu kənddə yerləşdirilmişdir (Erməni Sovet Ensiklopediyası, V c., İrəvan, 1976, s. 110). Toponim Hacı Xəlil şəxs adı əsasında formalaş­mış antropotoponimdir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə adı dəyişdi­rilərək "Tsaxkahovid" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 99).

Coğrafi koordinatları: 40°38' şm. e., 44°13' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow