Axtala - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Allahverdi (Tumanyan) rayonunda, indi Lori vilayətində şəhər. Allahverdi (Tumanyan) yaşayış məntəqəsindən 10 km şimal-şərqdə, Şamlıq kəndindən 4 km şərqdə yerləşir. Buranın qədim sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində kəndə İran və Türkiyədən ermənilər köçürülmüşdür. Qəsəbədə 1959-cu ildə 100 nəfər azərbaycanlı, 424 nəfər erməni, 1970-ci ildə 120 nəfər azərbaycanlı, 541 nəfər erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim türk tayfası olan padarların bir qolunu təşkil edən axta etnonimi (286, s. 57) əsasında formalaşmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 10).
Coğrafi koordinatları: 41°09' şm. e., 44°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/