Facebook Pixel Code
Arpa
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Arpa - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 15 km qərbdə, Arpa çayının yanın­da, dəniz səviyyəsindən 1050 m hündürlükdə yerləşir. Burada 1321-ci ildə tikilmiş qədim al­ban abidə-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırla­nır (427, s. 421). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 20). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 34, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90-91). 1930-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Topo­nim Arpa türk şəxs adı (238, s. 156) əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Areni" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 31).

Coğrafi koordinatları: 39°43' şm. e., 45°11' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow