Facebook Pixel Code
İstisu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İstisu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayo­nunda kənd, indi Vayotsdzor vilayətində şəhər. Arpa çayının yanında, İrəvan şəhərindən 173 km məsafədə yerləşir. Kəndin adı tarixi mənbələr­də XIII əsrdə çəkilsə də, burada VII əsrə aid ti­kililərin qalıqları vardır (422, s. 94). 1961-ci ildə geniş tikinti işləri aparılaraq şəhər statusu almış və kurort şəhəri kimi fəaliyyət göstərməkdədir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 105). Burada 1831-ci ildə 114, 1886-cı ildə 117, 1897-ci ildə 163, 1904-cü ildə 214, 1914-cü ildə 235, 1916-cı ildə 200 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 90-91,158-159). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra - 1920-ci ildə kəndi tərk edən azərbaycanlılardan sağ qa­lanlar doğma yurdlarına qayıda bilmişdir. Bura­da 1922-ci ildə 118, 1926-cı ildə 60, 1931-ci ildə 215 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 90-91, 158-159). 1940-cı illərdə İran və Tür­kiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. 1959-cu ildə 329, 1970-ci ildə 627 nəfər azərbaycanlı və erməni yaşamışdır. Şəhərdə yaşayan azərbaycanlılar 1988-ci ilin no­yabr ayında tarixi-etnik torpaqlarından deporta­siya olunmuşdur. Hazırda şəhərdə yalnız ermə­nilər yaşayır. Toponim yerdən təbii şəkildə, isti formada çıxan mineral su adından əmələ gəlib, "isti" və "su" komponentlərindən ibarətdir. Hid- rotoponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək "Cermuk" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 169).

Coğrafi koordinatları: 39°51' şm. e., 45°41' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow