Facebook Pixel Code
Talin
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Talin - İrəvan quberniyasının Eçmi­ədzin qəzasında, keçmiş Talin (Talin) rayonun­da, indi Araqatsotn vilayətində şəhər. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 48 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 1585 m hün­dürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 236). 1930-cu ilə kimi rayon ərazisinin bir hissəsi İrəvan quberniyası­nın Eçmiədzin qəzasının, digər hissəsi isə İrəvan quberniyasının Aleksandropol qəzasının tərki­binə daxil olmuşdur. Orta əsrlərdə inşa edilən və günümüzədək gəlib çatan məşhur Talin qalası burada yerləşir. Şəhərdə əvvəlcə azərbaycanlı­lar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, Türkiyədən köçürülən ermənilərin məskunlaşdı- rılmasından sonra əhali tədricən şəhəri tərk et­mişdir. Türkiyənin Muş və Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər şəhərdə yerləşdi­rilmişlər (416, s. 81). Toponim "söyüd ağacı", "sö­yüd kolu" mənasında işlənən "tal" (341, s. 180- 182; 337, s. 235) və qədim türk dilində "daxma, mağara, kaha" mənasında işlənən "in" sözünün (299, s. 209) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu to­ponimdir. Erməni dilində olan rəsmi sənədlərdə şəhərin adı "Verin Talin" formasında əksini tap­mışdır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Talin" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 81).

Coğrafi koordinatları: 40°22' şm. e., 43°52' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa  Həqiqətin Onomastikasi, İndiki  Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması   2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqirimina məruz qalmiş Toponimlərimiz 
5. https://erevangala500.com/ 

INSTAGRAM
posts
followers
Follow