Sərdarabad - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində şəhər. İrəvan şəhərindən 43 km qərbdə, dəniz səviyyə-sindən 860 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 219). 1897-ci ildə kənddə 44 nəfər azərbaycanlı yaşamışdır (415, s. 64-65). Azərbaycanlılar 1905- 1906-cı illərdə erməni silahlı birləşmələrinin törətdiyi qırğınlar nəticəsində deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim" mənasında işlənən "sərdar" sözü ilə (12, s. 59) "abad" sözünün birləşməsindən əmələ gəlib, "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" və "abad" ifadəsi kəndin İrəvan xanı tərəfindən inşa edildiyini göstərir. Ərazi İrəvan xanlarının mülkü olmuşdur. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hok- tember" (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək "Armavir" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin mərkəzidir (416, s. 36).
Coğrafi koordinatları: 40°09' şm. e., 44°02' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/