Facebook Pixel Code
Keşişkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Keşişkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. 15 oktyabr 1931-ci ildə indi Ermənistan adlanan ərazidə yaradı­lan Keşişkənd rayonunun adı və rayon mərkə­zi olmuşdur. Hazırda "Yeğeqnadzor" adlanır və Vayotsdzor vilayətinin mərkəzidir. İrəvandan 120 km şimal-şərqdə, Başkənd çayının yaxın­lığında, Şordərə dərəsindən 2,5 km məsafədə, dəniz səviyyəsindən 1240 m hündürlükdə yer­ləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalə­tinin icmal dəftəri"ndə (143, s. 59), Qafqazın 5 verstlik xəritəsində (348, s. 131) qeyd edilmişdir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır (422, s. 45). 1829-1830-cu illərdə İranın Xoy və Səlmas vi­layətlərindən köçürülən ermənilər Keşişkənddə yerləşdirilib. Burada ermənilərlə yanaşı, 1897-ci ildə 3 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 21 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamış­dır (415, s. 92-93, 162-163). 1940-cı illərdə azər­baycanlılar erməni silahlı dəstələri tərəfindən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən "keçiş" (Sözün birinci hecasındakı "ç" səsi "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində "ç~ş" səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə (299, s. 291), türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən "kənd" sözünün (299, s. 290; 339, s. 270) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Mi- koyan", 6 dekabr 1957-ci il tarixli qərarı ilə yeni­dən dəyişdirilərək "Yeğeqnadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin mərkəzi kimi təsdiq edilmişdir (416, s. 71-72).

Coğrafi koordinatları: 39°45' şm. e., 45°20' ş. u.  

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow