Facebook Pixel Code
Qarakilsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qarakilsə - Yelizavetpol (Gəncə) quberni­yasının Zəngəzur qəzasında, keçmiş Sisian ra­yonunda, indi Sünik vilayətində şəhər. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zən­gəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Keçmiş Sisian rayonunun mərkəzi idi. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 183), Qafqazın 5 verstlik xəritəsində (348, s. 117) qeyd edilmiş­dir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 63, 1873-cü ildə 197, 1886-cı ildə 297, 1897-ci ildə 481, 1914-cü ildə 866 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin tə­cavüzünün qurbanı olmuşlar. Çox az adam sağ qalaraq canını qurtara bilmişdir. Kənddə 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 77, 147). XX əsrin 30-cu illərinin ortalarında azərbaycanlılar tamamilə deportasi­ya olunmuşdur. 1930-1935-ci illərdə Qarakilsə rayonunun, 1935-1940-cı illərdə Sisakan rayo­nunun mərkəzi, 1940-1995-ci illərdə Sisian ra­yonunun mərkəzi olmuşdur. Hazırda burada yal­nız ermənilər yaşayır. Yaşayış məntəqəsinin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 2 mart 1940-cı il tarixli qərarı ilə bu ad dəyişdi­rilərək "Sisian" adlandırılmışdır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 180).

Coğrafi koordinatları: 39°31' şm. e., 46°01' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow