Facebook Pixel Code
Qızılqoç
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qızılqoç - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində şəhərtipli qəsəbə. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km şimalda, Gümrü-Axılkələk yolunun kənarın­da, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. Ədirnə müqaviləsinə (1829) əsasən, er­mənilər İrəvan xanlığının ərazisində məskunlaş­dırılandan sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Toponim "qırmızı" mə­nasında işlənən "qızıl" sözü ilə (qırmızı rəngdə olan süxur nəzərdə tutulur), "düşərgə, qərargah", mənasında işlənən "koş" (qoç) sözünün (359, III (1), s. 636) birləşməsindən yaranmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4 yanvar 1938-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Verin Qukasyan", 12 oktyabr 1956-cı il tarixli qərarı ilə yenidən də­yişdirilərək "Qukasyan" qoyulmuşdur. 14 noyabr 1990-cı ildən isə "Aşosk" adlandırılmışdır. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 15).

Coğrafi koordinatları: 40°02' şm. e., 43°51' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow