Aşağı Qaranlıq - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, indiki Ermənistan ərazisində rayon və rayon mərkəzi olmuşdur. İndi Geğarkunik vilayətində şəhər. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 36 km cənub-şərqdə, İrəvandan 130 km məsafədə, Göyçə gölünün cənubunda, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 118). 1939-cu il sentyabrın 9-da rayon kimi yaradılmışdır. Toponim Azərbaycan dilində məkan mənası bildirən "-lıq" şəkilçisi qəbul etmiş, türk dilində "təpə", "qaya" mənasında işlənən "qara" sözü (339, s. 256) əsasında əmələ gəlib "təpəlik, dağlıq, qayalıq yer" mənasını bildirir. "Qara" sözü ilə "-lıq" şəkilçisi arasındakı "n" bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağ- lıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki "aşağı" sözü fərqləndirici əlamət bildirir. Yaşayış məntəqəsinin adı 1926-cı ildə dəyişdirilərək "Martuni" qoyulmuşdur. "Er-mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 135).
Coğrafi koordinatları: 40°08' şm. e., 45°18' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/