Aşağı Zağalı - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 64 km cənub-şərqdə, Göyçə gölünün cənub- şərq sahilində, dəniz səviyyəsindən 1920 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 94). Aşağı Zağalı kəndinə ermənilər 1829-1830-cu illərdə Türkiyə və İrandan köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, azərbaycanlılar da yaşamışdır. Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən "zağa" sözünə "-1Г şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Za- ğalı adlandırılmışdır. "Aşağı" fərqləndirici əlamət bildirən sözdür. Erm. SSR AS RH-nin 12 dekabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdi- rilərək "Tsovak" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 103).
Coğrafi koordinatları: 40°10' şm. e., 45°38' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/