Cəlaloğlu - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, indi Tavuş vilayətində şəhər. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 26 km məsafədə, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. 1801 -ci ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919-cu ildən 1920-ci ilin noyabrınadək Loriyə daxil olmuş, indiki Ermənistan ərazisində 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Lori-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir. 1930-cu il sentyabrın 9-da keçmiş Cəlaloğlu rayonu yaradılmışdır. Toponim qızılbaş tayfasından olan Əmir Məhəmməd bəy Cəlaloğlunun adı (176, s. 14) əsasında yaranmışdır. Həmin yaşayış məntəqəsi çəpni türk tayfasının əmiri Məhəmməd bəy Cəlaloğluna mənsub olduğu üçün Cəlaloğlu kəndi adlanmışdır. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Antropoto- ponimdir. İndiki Ermənistanın Torpaq Komitəsinin 1923-cü il qərarı ilə adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımı təşkil etmiş Stepan Şaumyanın şərəfinə "Stepanavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 183-184). Coğrafi koordinatları: 4Г00' şm. e., 44°23' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/