Facebook Pixel Code
Molla Göyçə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Molla Göyçə - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Ağin (Ani) ra­yonunda, indi Şirak vilayətində şəhər. Vilayət mərkəzi Gümrü şəhərindən 27 km cənubda, Gümrü-İrəvan yolunun 10 km-də, Qaranqu ça­yının sol sahilində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərİ"ndə (143, s. 127), Qafqazın 5 verstlik xəri­təsində (348, s. 177) qeyd edilmişdir. Kənddə əv­vəlcə azərbaycanlılar yaşamış, ermənilərin böl­gədə məskunlaşdırılmasından sonra əhali təd­ricən kəndi tərk etmişdir. 1828-1829-cu illərdə Türkiyənin Qars, Ərzurum, Ələşkert və Muş vi­layətlərindən köçürülən ermənilər kənddə yerləş­dirilmişlər. Toponim dini məna bildirən "molla" və "göyçə" türk etnoniminin (271, s. 42) birləş­məsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-ninyanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Maralik" qoyulmuşdur. "Ermə­nistan Respublikasın ın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 133).

Coğrafi koordinatları: 40°34' şm. e., 43°52' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow