Facebook Pixel Code
Şahverdilər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Şahverdilər - Yelizavetpol (Gəncə) quberni­yasının Zəngəzur qəzasında, keçmiş Gorus rayo­nunda, indi Sünik vilayəti ərazisində kənd. Gorus rayon mərkəzindən 14 km cənubda, Gorus-Qafan şose yolunun kənarında, Bazarçayın (Bərgü­şad) üzərində yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 293). Kəndin digər adı "Şahverdiuşağı" olmuşdur (415, s. 28). Kənddə 1886-cı ildə 238,1897-ci ildə 217,1904-cü ildə 111, 1914-cü ildə 147 nəfər yalnız azərbay­canlı yaşamışdır (415, s. 28-29, 114-115). Ermə­ni silahlı dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında Şahverdilər kəndini yandırmış, kənd sakinlərindən 87 nəfəri qətlə yetirmiş, qalan ca­maat isə Qubadlı bölgəsinə qaçmışdır. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zən­gəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Sovet hökuməti qurulduqdan sonra cəmi 40 ailə yenidən geriyə dönərək Şahver­dilər kəndini bərpa etmişdir. Kəndin adı bu ya­şayış məntəqəsinin əsasını qoymuş nəslin adı ilə bağlıdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçu­ların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il ta­rixli qərarına əsasən, kənd əhalisi 1951-ci ildə ta­rixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1953-cü ildə İ.Stalinin vəfatından sonra əhalinin bir qismi kəndə qayıda bilmişdir. 1961-ci ildəTa- tev su elektrik stansiyası tikilərkən kənd "Voro- tan qəsəbəsi" adlandırılmışdır. Həmin vaxtdan 8 erməni ailəsi Şahverdilər kəndinə köçərək orada məskunlaşmışdır. 1988-ci ildə kənddə 80 nəfər azərbaycanlı yaşayırdı. Həmin ilin noyabrında Şahverdilər kəndi boşaldılmış, əhalinin var-döv­ləti, ev-eşiyi əvəzsiz olaraq ermənilərə qalmışdır (244 a, s. 301-302).

Coğrafi koordinatları: 39°26' şm. e., 46°20' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow