Musluqlu - İrəvan quberniyasının Aleksan- dropol qəzasında, keçmiş Ağin (Ani) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km cənubda, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. 1930-cu ildə keçmiş Talın (Talin) rayonunun tərkibində olmuşdur. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. 1829-1830-cu illərdə Türkiyənin Ələşkirt, Ərzurum və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər Musluqlu kəndinə yerləşdirilmişdir (416, s. 86). Toponim qədim türk dilində "kran, kiçik turba kranı" mənasında işlənən "musluk" sözünə (277, II, s. 264) "-lu" şəkilçisinin qoşulması əsasında yaranmışdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 30 fevral 1947-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lancik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 86).
Coğrafi koordinatları: 40°30' şm. e., 43°51' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/