Facebook Pixel Code
Avan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Avan - İrəvan quberniyasının Eçmiədzin qə­zasında, keçmiş Əştərək rayonunda, indi Ara­qatsotn vilayətində kənd. Vilayət mərkəzi Aşta­rak (Əştərək) şəhərindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində, dəniz səviy­yəsindən 1680 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 89) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi Qaracalar əşirətin- dəndir (tayfasındandır) (143, s. 89). Qaracalar türk tayfalarından biridir. Kənddə 1831-ci ildə 104, 1873-cü ildə 321, 1886-cı ildə 368, 1897-ci ildə 465, 1908-ci ildə 300, 1914-cü ildə 301, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı yaşa­mışdır (415, s. 22-23, 106-107). 1986-cı ildə er­məni dilində çap edilmiş "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə 1831-1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və azərbaycanlılar ermənilər kimi təqdim edilir (427, s. 356). 1918-ci ildə kəndin köklü sakinləri olan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı ildə buraya Türkiyənin Sasun, Muş, Ərzurum, Van və Qars vilayətlərindən köçürülüb gətirilən ermə­nilər yerləşdirilmişdir. Toponim urartu dilində "ölkə" mənasında işlənən ebani (ebani) sözü (317, s. 70, 339; s. 37) əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 25).

Coğrafi koordinatları: 40°20' şm. e., 44°10' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow