Facebook Pixel Code
Cızıxlar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cızıxlar- İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) ra­yonunda, indi Şirak vilayətində kənd. Aşosk ya­şayış məntəqəsindən 15 km məsafədə yerləşir. "Kitabi-Dədə Qorqud" dastanında adı çəkilir (158, s. 166). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. 1828-1830-cu illərdə Türkiyənin Sebastiya bölgəsindən gələn ermənilər burada məskunlaşmışlar. 1937-ci ilə kimi keçmiş Ağbaba rayonunun tərkibində ol­muşdur. Toponim türk dilində "sərhəd", "hüdud", "mərz" mənasında işlənən "cızıq" sözündən (359, III (2), s. 2096 ) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Tsoğamarq" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 199).

Coğrafi koordinatları: 40°56' şm. e., 43°51' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow