Facebook Pixel Code
Çivə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Çivə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnad­zor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 20 km qərbdə, Arpaçayın sağ qolu olan Yelpin çayının hər iki sahilində, dəniz səviy­yəsindən 1250 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 57), Qafqa­zın 5 verstlik xəritəsində (348, s. 284) qeyd edil­mişdir. Kənddə 1831-ci ildə 29, 1873-cü ildə 294, 1886-cı ildə 431, 1897-ci ildə 689, 1904-cü ildə 562, 1914-cü ildə 612, 1916-cı ildə 758, 1919-cu ildə 1200 nəfər yalnız azərbaycanlı ya­şamışdır (415, s. 92-93, 162-163). 1919-cu ilin axırlarında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, əhalisi - azərbaycan­lılar deportasiya olunmuşdur. Kənd sakinlərin­dən sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 391 azərbaycanlı, 1926-cı ildə 367 azərbaycanlı, 94 erməni, 1931-ci ildə 367 nəfər azərbaycanlı, 221 erməni yaşamışdır (415, s. 92-93, 162-163). Ermənilər burada kütləvi şəkildə 1926-cı ildən məskunlaşıblar. SSRİ hökumətinin qərarı ilə 1948-1950-ci illərdə bu kəndin əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953-cü ildən son­ra onların bir hissəsi yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir (211, s. 203). Hazırda bu­rada yalnız ermənilər yaşayır. Toponim yivə türk tayfa adının (399, I, s. 56) fonetik forması olan "çivə" etnonimi əsasında yaranmışdır. Türk dillə­rində y~ç paralelləri geniş şəkildə özünü göstə­rir (70, s. 529; 87, s. 170). "Yarğan", "hündür qaya", "dik sahil" mənalarında işlənən "yar", "çar" sözlərindəki (339, s. 607, 650) y~ç səs- əvəzlənməsi buna aydın misaldır. Hazırda er­məni dilində rəsmi sənədlərdə yaşayış məntə­qəsinin adı "Çiva" kimi yazılır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 164).

Coğrafi koordinatları: 39°46' şm. e., 45°08' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow