Facebook Pixel Code
Dərəbas
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Dərəbas - Yelizavetpol (Gəncə) quberniya­sının Zəngəzur qəzasında, keçmiş Sisian rayo­nunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 107 km şimal-qərb­də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermə­nistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xə­ritəsində "Dərəbaz" formasında qeyd edilmişdir (348, s. 74). Kənddə 1831-ci ildə 164, 1873-cü ildə 515, 1886-cı ildə 553, 1897-ci ildə 730, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyədən köçürülərək yerləşdirilmişdir. 1918-1920-ci illərdə azərbay­canlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovul­muşlar. Hazırda kənddə ermənilər yaşayır. Topo­nim Azərbaycan dilində "iki dağ arasında çuxur" mənası bildirən "dərə" sözü ilə (10, s. 74) türk dillərində "dağın başı", "zirvə" mənasında iş­lənən "bas" sözünün (359, IV (2), s. 152) birləş­məsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Darbas" qoyulmuşdur. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 66).

Coğrafi koordinatları: 39°26' şm. e., 46°07' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow