Facebook Pixel Code
Əyrivəng
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əyrivəng - İrəvan quberniyasının Novo-Bə-yazid qəzasında, keçmiş Kəvər (Kamo) rayo­nunda, indi Geğarkunik vilayətində kənd. Vi­layət mərkəzi Qavar (Kəvər) şəhərindən 12 km şimal-qərbdə, Göyçə gölünün qərb sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerlə­şir. Qafqazın 5 verstlik xəritəsində qeydə alın­mışdır (348, s. 9). Kənddə 1831-ci ildə 65, 1873-cü ildə 326, 1886-cı ildə 451, 1897-ci ildə 545, 1904-cü ildə 708, 1914-cü ildə 896, 1916-cı ildə 735 (415, s. 68-69, 144-145), 1918-ci ilin yanva­rında 706 nəfər (309, s. 220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbay­canlılar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə kənddən qovulmuş (309, s. 220) və buraya xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər azərbaycanlı yaşa­mışdır (415, s. 69,145). 1931-ci ildən sonra kənd­də yaşayan azərbaycanlılar ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala (Berdunk) kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə yal­nız ermənilər yaşayır. Kənddə IX-X əsrlərə məx­sus alban abidəsi - qala vardır və kəndin adı hə­min qalanın adından götürülmüşdür. Toponim qədim türk dilində "ayrılmış" mənasında işlənən "ayrı" sözü ilə (365, s. 114-115; 337, s. 238; 339, s. 42) məbəd mənasında işlənən "vəng" sözü­nün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 8 avqust 1991-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Hayravan" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Geğarkunik vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 118).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow