Facebook Pixel Code
Çubuxçu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Çubuxçu - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 18 km cənub-şərqdə, Araz çayının yaxınlığında, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsin­dən 840 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 288). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə­nilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1918-1920-ci illərdə Türkiyənin Sürməli vilayətinin kəndlərindən köçürülmüşdür (416, s. 189). Toponim "çubuxlu" türk etnoniminin (193, s. 160) fonetik forması olan "çubuxçu" tayfa adı əsasında əmələ gəlmişdir. "-Iı" şəkilçisi ilə "-çı" şəkilçisi sinonim şəkilçilərdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vardanaşen" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 189).

Coğrafi koordinatları: 40°03' şm. e., 44°11' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow