Facebook Pixel Code
Yarpızlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Yarpızlı - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 65 km cənub-şərqdə, Göyçə gölünün sahilində, də­niz səviyyəsindən 2040 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 306). Kənddə 1831-ci ildə 121, 1873-cü ildə 398, 1886-cı ildə 465, 1897-ci ildə 584, 1908-ci ildə 719, 1914-cü ildə 815, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112-113). 1919-cu ilin yanvarında azərbaycanlı­lar erməni silahlı birləşmələri tərəfindən qırğınlar nəticəsində qovulmuş, kənd yandırılmışdır (309, s. 249). Kənddə 1828-1829-cu illərdə İrandan, 1918-1920-ci illərdə Türkiyənin Qars və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (416, s. 91). 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti quru­landan sonra sağ qalan azərbaycanlılar kəndlə­rinə dönə bilmişlər. Köçürülən az sayda ermə­nilərlə yanaşı, burada 1922-ci ildə 336, 1926-cı ildə 419, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112-113). SSRİ Na­zirlər Sovetinin "Kolxozçuların və digər azərbay­canlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqın­da" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-1950-ci illərdə kəndin azərbaycanlı əhali­si Azərbaycana köçürülmüşdür. Lakin sonradan azərbaycanlıların bir qismi geriyə - Yarpızlıya qayıtmışdır. Yarpızlılar üçüncü dəfə 1988-ci ildə Ermənistan dövləti tərəfindən tamamilə kənd­dən qovulmuşdur. Hazırda kənddə yalnız ermə­nilər yaşayır. Toponim yabanı bitki olan "yarpız" sözünə "-h" şəkilçisi artırmaqla düzəlmişdir. Fito- toponimdir. Erm. SSR AS RH-nin 25 may 1967-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lçavan" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarku­nik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 91).

Coğrafi koordinatları: 40°09' şm. e., 45°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow