Facebook Pixel Code
Dovşanqışlaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Dovşanqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ağin (Ani) ra­yonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənub- qərbdə, Arpaçayın yaxınlığında, dəniz səviyyə­sindən 1510 m hündürlükdə yerləşir. 1828-ci il­dən sonra İran və Türkiyədən köçürülüb gəti­rilən ermənilər bu kənddə yerləşdirilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar mər­hələ-mərhələ qovulmuşlar. 1918-1920-ci illərdə isə azərbaycanlılar erməni silahlıları tərəfində tam surətdə kənddən deportasiya olunmuşdur. 1926-cı ildə burada 1 nəfər azərbaycanlı yaşa­mışdır. Toponim "dovşan" və "qışlaq" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 19 aprel 1950-ci il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Şirakavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 159).

Coğrafi koordinatları: 40°41' şm. e., 43°44' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow