Facebook Pixel Code
Qaranlıq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 34 km şimalda, Abaran çayının sahilində, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 109), Qafqazın 5 verstlik xəritəsində (348, s. 118) qeyd edilmişdir. Ədir­nə müqaviləsinə (1829) əsasən, İrəvan xanlığının ərazisinə ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlı­lar Türkiyəyə köç etmişlər. Toponim türk dilində "dağ, təpə, zirvə" mənasında işlənən "qara" sö­zünə (339, s. 256) "-lıq" şəkilçisinin artırılması ilə yaranıb, "dağlıq yerdə olan kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 10 sentyabr 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lusagyuğ" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqat­sotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 92-93).

Coğrafi koordinatları: 40°36' şm. e., 44°22' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow