Quşçu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, Vayotsdzor vilayətində kənd. Cermuk şəhərindən 3 km cənubda, Arpaçayın sol sahilində, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərində "Quşçu xarabası" kimi (143, s. 60), Qafqazın 5 verstlik xəritəsində "Quşi" formasında (348, s. 152) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90-91). 1905-1906-cı illərdə azərbaycanlılar kənddən kütləvi surətdə deportasiya olunmuşdur. Toponim qədim "quşçu" türk etnonimi (245, s. 39) əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Keçud" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 112).
Coğrafi koordinatları: 39°47' şm. e., 45°39' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/