Ağbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 39 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 4). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "keyfiyyətli, içməyə yararlı" mənasında işlənən "ağ" sözü ilə "bulaq" sözünün birləşməsindən əmələ gəlmişdir. Ermənistan SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Lyusaxbyur" edilmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 94).
Coğrafi koordinatları: 40°24' şm. e., 44°22' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/