Torpaqqala - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 8 km məsafədə, dəniz səviyyəsindən 875 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Topraxqala" kimi qeyd edilib (415, s. 48). Kənddə 1831-ci ildə 40,1873-cü ildə 246,1886-cı ildə 268, 1897-ci ildə 303, 1908-ci ildə 415, 1914-cü ildə 456, 1916-cı ildə 372 (415, s. 48-49, 128- 129), 1918-ci ilin yanvarında 415 nəfər (309, s. 216) azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur (309, s. 216). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişlər. Kənddə 1922-ci ildə 98, 1926-cı ildə 163, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "ölkə", "ərazi" mənasında işlənən "torpaq" sözü ilə (253, s. 131) "qala" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hnaberd" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995- ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin İnzibati ərazisinə daxil edilmişdir (416, s. 122).
Coğrafi koordinatları: 40°00' şm. e., 44°34' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/