İlməzli - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Kalinino rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 53 km şimal-qərbdə, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. Kalinino rayonu yaradılanadək keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Kənddə 1831 -ci ildə 75, 1886-cı ildə 212, 1897- ci ildə 301, 1908-ci İldə 195, 1914-cü ildə 188, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır (415, s. 78-79, 148-149). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Sağ qalan kənd sakinləri indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yerlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 431,1926-cı ildə462,1931-ci ildə 565 (415, s. 79,149), 1939-cu ildə 653, 1959-cu ildə 852, 1965-ci ildə 1037, 1979-cu ildə 1213 (416, s. 65), 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə il- məzlilər tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda orada ermənilər yaşayır. Toponim türk dilində "tayfa" mənasında işlənən "il/ el" sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən "mar" sözünün (359, II (2), s. 2025) fonetik forması olan "maz"-ın birləşməsindən əmələ gəlmişdir. Azərbaycan dilində "r~z" səs əvəzlənməsi (yor~yoz, yar-yaz, gör~göz) qanunauyğun fonetik hadisədir. "Maz" "mar" sözünün fonetik formasıdır. Erm. SSR AS RH-nin 8 avqust 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Daş- tadem" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 65).
Coğrafi koordinatları: 41°08’ şm. e., 44°10' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/