Kəsəmən (Arpunk) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 95 km cənub-şərqdə, dağ ətəyində, dəniz səviyyəsindən 2060 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 156) qeyd edilmişdir. Kənddə 1831 -ci ildə 166, 1873-cü ildə 379, 1886-cı ildə 492, 1897-ci ildə 671, 1908-ci ildə 713, 1914-cü ildə 966, 1916-cı ildə 894 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27,112-113). 1919-cu il fevralın 13-20-də azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşlar (309, s. 249, 305). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. Kənddə 1922-ci ildə 249, 1926-cı ildə 414,1931-ci ildə 569 (415, s. 26-27, 112-113), 1939-cu ildə 758, 1959-cu ildə 583, 1970-ci ildə 891, 1979-cu ildə 955 (427, s. 567), 1987-ci ildə 1200 nəfər (85, s. 280) azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Toponim qazax türk tayfasının tirələrindən biri olan "kəsəmən" etnonimi (281, s. 393) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 27 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Bahar", 3 aprel 1991- ci il tarixli qərarı ilə bir daha dəyişdirilərək "Ar- punk" qoyulmuşdur. "Ermənistan Respublikası İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 39).
Coğrafi koordinatları: 40°17' şm. e., 45°44' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/