Facebook Pixel Code
Yuxarı Körpülü
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Yuxarı Körpülü - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 60 km şimal-qərbdə, Quruçay vadisində, dəniz səviy­yəsindən 600 m hündürlükdə yerləşir. Kənddə 1831-ci ildə 43, 1886-cı ildə 361, 1897-ci ildə 402, 1908-ci ildə 440, 1914-cü ildə 427, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17; 100-101). 1918-ci ildə kənd sakinləri erməni silahlı birləşmələrinin törətdikləri qırğın­lar nəticəsində qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 523,1926-cı ildə 530,1931- ci ildə 630 (415, s. 16-17, 100-101), 1987-ci ildə 2000 nəfər (85, s. 329) azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövlə­ti tərəfindən yenidən öz doğma kəndlərindən qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün "Körpülü" adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bil­dirir. Kəndin adı Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə dəyişdirilərək "Zorakap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 79).

Coğrafi koordinatları: 4Г13' şm. e., 44°55' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow