Facebook Pixel Code
Buğdaşen
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Buğdaşen - İrəvan quberniyasının Alek­sandropol qəzasında, keçmiş Ağin (Ani) rayo­nunda, indi Şirak vilayətində kənd. Vilayət mər­kəzi Gümrü şəhərindən 41 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Hoktemberyan) yolunun üstündə, Arpaçayın yaxınlığında, dəniz səviyyə­sindən 1460 m hündürlükdə yerləşir. Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşa­mışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Ələşkirt, Ərzurum, Bitlis və Muş vi­layətlərindən köçürülmüşdür (427, s. 535). To­ponim "buğda" sözü ilə qədim türk dilində "kənd", "yaşayış yeri" mənasında işlənən, şenlik mənasını ifadə edən "şen" sözünün birləşməsin­dən formalaşmışdır. Erm. SSR AS RH-nin 3 de­kabr 1947-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Baqravan" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 40).

Coğrafi koordinatları: 40°28' şm. e., 43°43' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow