Facebook Pixel Code
Axund Buzovand
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Axund Buzovand - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) ra­yonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 6 km şimal- şərqdə, Gərni çayı sahilində, dəniz səviyyəsin­dən 860 m hündürlükdə yerləşir. "İrəvan əya­lətinin icmal dəftəri"ndə (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində (348, s. 23) Buzovand kimi qeyd edilmişdir. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı qeyd edilir (416, s. 46). 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin ic­mal dəftəri"ndə Gərni nahiyəsinə daxil olan kəndlərdən biri kimi Buzovand kəndinin adı da göstərilmişdir. Kəndin gəliri 11.500 ağçadan ibarət olmuşdur (143, s. 49). Burada 1831-ci ildə 137, 1873-cü ildə 210, 1886-cı ildə 254, 1897-ci ildə 341, 1904-cü ildə 322, 1914-cü ildə 385, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbay­canlılar erməni soyqırımına məruz qalaraq de­portasiya olunmuşdur. İranın Xoy və Səlmas bölgələrindən köçürülüb gətirilən ermənilər bu­rada yerləşdirilmişdir (416, s. 46). İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra, 1922-ci ildən sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər er­məni yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbay­canlılar 1948-1949-cu illərdə Azərbaycana kö­çürülmüşdür. Hazırda orada ermənilər yaşayır. Toponim xəzər türk tayfasından olan bozal et­nonimində (286, s. 45) öz əksini tapan "bus" (boz) etnonimi ilə (287, s. 253) türk mənşəli "abant" (avand) etnoniminin (288, s. 258) birləş­məsindən əmələ gələn etnotoponimdir. Toponi­min əvvəlində işlənən "axund" dini mənada iş­lənən sözdür. 1920-ci ildə kəndin adı dəyiş­dirilərək "Buzovand", sonra Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə yenidən də­yişdirilərək "Berdik" qoyulmuşdur.

Coğrafi koordinatları: 40°00' şm. e., 44°34' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow