Qaranlıqdərə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, keçmiş Karvansara (İcevan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 6 km şimalda, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənddə ermənilərin məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən yer-yurdlarını tərk etmişdir. Toponim Azərbaycan dilində "heç nə görünməyən", "işığı olmayan" mənasında işlənən "qaranlıq" sözü ilə (9, s. 432) "dərə" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lusadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 93).
Coğrafi koordinatları: 40°56' şm. e., 45°08' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/