Facebook Pixel Code
Gözlü
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Gözlü - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Talin (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 53 km şimal- qərbdə, Alagöz dağının ətəyində, dəniz səviyyə¬sindən 1850 m hündürlükdə yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tər¬kibində olmuşdur (427, s. 146). Qafqazın 5 verstlik xəritəsində (348, s. 59) qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra - 1829-1832-ci illərdə Türkiyənin Muş, Ələşkirt, Qars, İranın Qəzvin və Xoy vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşdur (427, s. 146). Toponim "gözlü" tayfa adı əsa¬sında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Akunk" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 12).
Coğrafi koordinatları: 40°25' şm. e., 43°54' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow