Facebook Pixel Code
Herher
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Herher - İrəvan quberniyasının Şərur-Dərə- ləyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayo­nunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 32 km şərqdə, Arpaçayın sağ qolu olan Herher-çayın yanında, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hərhər" (143, s. 59), Qafqazın 5 verstlik xəritəsində "Qerqer" (Herher) formasında (348, s. 61) qeyd edilmişdir. Kənddə albanlara məxsus məbəd 1291-ci ildə tikilmişdir. Burada 1831-ci ildə 213 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 158). 1850-1870-ci illərdə kəndə İranın Səlmas vi­layətindən köçürülüb gətirilən ermənilər yerləş­dirilmişdir. Burada ermənilərlə yanaşı, 1873-cü ildə 647, 1886-cı ildə 656, 1897-ci ildə 1047, 1914-cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90-91, 158-159). 1918-ci ildə kənd er­məni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, azərbaycanlılar deportasiya olunmuşdur. Sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra tarixi-etnik tor­paqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156, 1926-cı ildə 220, 1931-ci ildə 278 nəfər azər­baycanlı yaşamışdır (415, s. 90-91, 158-159). SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşa­yan azərbaycanlılar 1948-1953-cü illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayır. Toponim Strabonun "Coğra­fiya" əsərində adı çəkilən qarqar tayfasının adı əsasında (377, s. 5) formalaşmışdır. Qarqar tay­fası qədim türk tayfalarından biridir (287, s. 77- 82; 172, s. 196; 211, s. 183-187). "Qarqar" etno- nimindəki "q" səsi "h" səsinə keçərək "Herher" formasını almışdır. Q~h səs əvəzlənməsi Azər­baycan dilində qanunauyğun haldır: qamu- hamı, qansı-hansı sözlərində q~h səs əvəzlən­məsi özünü aydın şəkildə göstərir. Toponim qarqar türk tayfasının fonetik forması kimi Azər­baycan dilində işlənən "herher" etnonimindən əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 121).

Coğrafi koordinatları: 39°46' şm. e., 45°32' ş. u

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow