Facebook Pixel Code
Kərpicli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kərpicli - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hraz­dan (Axta) şəhərindən 54 km cənub-qərbdə, İrəvan şəhərindən 11 km şərqdə, dəniz səviy­yəsindən 1880 m hündürlükdə yerləşir. Kənddə 1873-cü ildə 141, 1886-cı ildə 172, 1897-ci ildə 250, 1904-cü ildə 188, 1914-cü ildə 316, 1916- cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbay­canlılar erməni silahlı birləşmələrinin soyqırımı­na məruz qalaraq deportasiya olunmuş, 1928- 1930-cu illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etməyə məcbur olan azərbay­canlılardan sağ qalanlar öz yurdlarına qayıda bilmişlər. Kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 36 nəfər azərbaycanlı yaşamışdır (415, s. 126-127). 1924-1925-ci illərdə kənd sakinləri yenidən doğma yurd-yuvalarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Yaşayış məntəqəsinin adı kərpicli tayfasının adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı İlə kəndin adı dəyişdirilərək "Geğadir" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vi­layətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 52).

Coğrafi koordinatları: 40°09' şm. e., 44°39' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow