Kiçik Kəpənəkçi - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km cənub-şərqdə, dəniz səviyyəsindən 1670 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 113). 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tərkibində olmuşdur. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, ermənilərin burada köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən "kəpənək" sözündən (157, s. 34) əmələ gələn "kəpənəkçi" etnonimi (193, s. 159-160) əsasında əmələ gəlmişdir (etnonimin tərkibindəki "-çi" şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hovit" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 122).
Coğrafi koordinatları: 40°46' şm. e., 44°00' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/