Facebook Pixel Code
Arazdəyən
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

ARAZDƏYƏN

Vedibasar mahalının aran hissəsində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 28 km cənub-qərbdə, rayonun Naxçıvan MR (Şərur rayonu) ilə sərhədində, İrəvan-Naxçıvan avtomobil yolunun və İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin üstündə kənd.

Kənddə əvvəllər ancaq Azərbaycan türkləri, sonra azərbaycanlılarla yanaşı müsəlman kürdləri, yezidi kürdlər və ermənilər qarışıq halda yaşamışlar.

Arazdəyən kəndində eyniadlı dəmiryol stansiyası vardı. Arazdəyən- dən başlanan daha bir avtomobil yolu Bağırsaq dərəsi boyunca uzanıb Kərki, Keşişverən, Çanaxçı kəndlərindən keçərək Dərələyəz mahalına, oradan da Sisiyan rayonuna daxil olurdu. Bu, qədimdə Albaniya dövləti ilə Armaniya və Atropatena dövlətlərini birləşdirən ən işlək karvan yol­larından olmuşdur. Arazdəyənin Şərur tərəfə uzanan torpaqları isə Vedi və Şərur rayonlarının sərhədində - Vəli dağı və Qurd ağzı deyilən yerdə bitirdi.

1897-ci ildə kənddə 381 nəfər əhali - azərbaycanlılarla ermənilər qarışıq halda yaşamışlar.

1918-1920-ci illər erməni-müsəlman müharibəsi zamanı dəfələrlə ayaq altında qalan Arazdəyən kəndi sonralar xeyli dərəcədə öz funksiya­sını itirərək kiçik kənd kimi yaşamış, 1941-1945-ci illər müharibəsindən sonra yenidən dirçəlməyə başlamışdır. 1968-ci il iyulun 3-də kəndin adı erməniləşdirilərək Yerasx qoyulmuşdur.

Son zamanlara qədər kənddə azərbaycanlılar, müsəlman kürdləri, yezidi kürdlər və ermənilər qarışıq halda yaşayırdılar. Kəndin müsəlman əhalisi qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı öz doğma yurd-yuvalarından qovulmuş, Azərbaycanın ayrı-ayrı bölgələrində məs­kunlaşmışlar.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow