Facebook Pixel Code
Cücəkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cucevan (Cücəkənd) - Tiflis quberniyasının Borçalı qə­zasında, keçmiş Barana (Noyemberyan) rayo­nunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 42 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hüdürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlə­rində kəndin 1873-cü ildə salındığı göstərilir (Erməni Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s. 551). Bu, həqiqətə uyğun deyil. Belə ki kənddə XII—XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır. Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını (ASE, X с., B., 1987, s. 449; 66, s. 36) əks etdirən "cuce" sözü ilə urartu dilində "ölkə", "yer" mənasını bildirən "ebani" (ubani) sözü (332, s. 68) əsasında formalaşan "van" (ban)    sö­zünün birləşməsindən əmələ gəlib, "cuci tayfası­nın ölkəsi, yaşadığı yer" mənasını ifadə edir. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 172). Coğrafi koordinatları: 41’07' şm. e., 45’00' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow