Facebook Pixel Code
Ardanış
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ardanış - İrəvan quberniyasının Novo-Bə- yazid qəzasında, Krasnoselsk rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 72 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ərdanuc" (143, s. 62), Qafqa­zın 5 verstlik xəritəsində "Ardanic" formasında (348, s. 18) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 119, 1873-cü ildə 389, 1886-cı ildə 602, 1897-ci ildə 788, 1908-ci ildə 1000, 1914-cü ildə 1045, 1916-cı ildə 1158, 1919-cu ildə 1154 nəfər yal­nız azərbaycanlı yaşamışdır (415, s. 30-31, 114— 115). 1919-cu ilin əvvəllərində (fevral-mart ayla­rında) kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuş və onlar Azərbaycana qaç­mışlar. Sağ qalan ardanışlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 1138, 1926-cı ildə 1257, 1931-ci ildə 1246 (415, s. 31, 115), 1939-cu ildə 1643, 1959-cu ildə 1406, 1970-ci ildə 2034, 1979-cu ildə 2037 (427, s. 491), 1986-cı ildə 2500 nəfər azərbay­canlı yaşamışdır. 1988-ci il noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən kənd sakinləri ta­rixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda orada ermənilər yaşayır. Toponim qədim türk dilində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən "art" sözündən (299, s. 55) və məkan an­layışı bildirən "-an" və "-ış" sözdüzəldici şəkilçi­sindən ibarət olub, "dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Kəndin relyefi bu məna ilə uy­ğun gəlir. "Ermənistan Respublikasının İnziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-cİ İl tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayə­tinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 37).

Coğrafi koordinatları: 40°29' şm. e., 45°21' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow