Facebook Pixel Code
Aşağı Çarbax
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Yuxarı Çarbax - İrəvan quberniyasının İrə­van qəzasında, keçmiş Qəmərli (Artaşat) ra­yonunda, indi Ararat vilayətində kənd. Kəndin başqa adı "Çaharbağ"dır (415, s. 50). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 280). Kənddə 1831-ci ildə 31,1873-cü ildə 201,1886-cı ildə 241, 1897-ci ildə 242, 1904-cü ildə 347, 1914-cü ildə 386 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131). 1918-ci ildə azərbay­canlılar erməni silahlı birləşmələrinin soyqırımı­na məruz qalaraq deportasiya olunmuş, İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləş­dirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 177, 1926-cı ildə 201, 1931-ci ildə 264 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51,130-131). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azər­baycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-ci ildə azərbaycanlılar Azərbayca­na köçürülmüşdür. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə türk dilində "yarğan, sıl­dırım sahil" mənasında işlənən "çar" (359. III (2), s. 1859) və "bağ" sözlərinin birləşməsindən ya­ranmışdır. Yuxarı Çarbax və Aşağı Çarbax kənd­ləri "Çarbax" adı altında birləşdirildikdən sonra - 1933-cü ildə İrəvan şəhərinin Şenqavit rayonu­nun tərkibinə daxil edilmişdir.

Coğrafi koordinatları: 40°08' şm. e., 44°29' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow