Facebook Pixel Code
Ağin
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağin - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ağin (Ani) rayonunda kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22-23 km cənub-qərbdə, Arpaçayın kənarında, vilayət mərkəzi Gümrüdən 28 km cənub-qərbdə yerlə­şir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ağit kimi (143, s. 130), Qafqazın 5 verstlik xəritəsində Ağin formasında (348, s. 5) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əs­rin əvvəllərində azərbaycanlılar tarixi torpaqla­rından qovulmuş, 1829-1830-cu illərdə Türkiyə­nin Muş, Ələşkirt, Ərzurum vilayətlərindən, 1877-1878-ci illərdə Qarsdan ermənilər köçürü­lüb burada yerləşdirilmişdir (427, s. 177; 416, s. 14). Toponim qədim türk dilində "uca, hündür, böyük" mənasında işlənən "ağ" sözü ilə qədim türk dilində "daxma, koma, mağara" mənasında işlənən "in" sözünün (299, s. 209) birləşməsin­dən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 12 oktyabr 1961-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ani" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 14).

Coğrafi koordinatları: 40°35' şm. e., 43°42' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow