Facebook Pixel Code
Ayrım
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ayrım - Tiflis quberniyasının Borçalı qəza­sında, keçmiş Barana (Noyemberyan) rayo­nunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 60 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrə­van-Tiflis dəmiryolunun üstündə, dəniz səviyyə­sindən 500 m hündürlükdə yerləşir. Kənddə əv­vəlcə azərbaycanlılar yaşamış, ermənilərin böl­gədə məskunlaşdırılmasından sonra əhalisi təd­ricən kəndi tərk etmişdir. Toponim ayrım türk etnonimi (245, s. 43) əsasında düzəlmişdir. Rəsmi sənədlərdə "Ayrum" kimi yazılır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 20).

Coğrafi koordinatları: 41°13' şm. e., 44°55' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow