Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 16 km şimalda, Abaran çayının sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 109), Qafqazın 5 verst¬lik xəritəsində (348, s. 71) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə¬nilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Toponim "güllü" sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən "-cə" şəkilçisinin qoşulması nəticəsində əmələ gəlib, "güllü, çiçəkli ərazidə yerləşən kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 15 iyun 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vardenis" qoyulmuşdur. "Ermənis¬tan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 191).
Coğrafi koordinatları: 40°34' şm. e., 44°24' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/