Facebook Pixel Code
Xıznauz
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xıznauz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayo­nunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 20 km şimal-şərqdə, dəniz səviyyəsindən 915 m hün­dürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrə­van əyalətinin müfəssəl dəftəri"ndə "Xəzaviz" (143, s.163), Qafqazın 5 verstlik xəritəsində "Xız-nauz" formasında (348, s. 265) qeyd edilmişdir. Kəndin digər adları "Xenanız", "Xıznavuz", "Xzna-vuz", "Kiznauz" olmuşdur (427, s. 378). Kənd­də 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamış­dır. Türkmənçay müqaviləsindən sonra azərbay­canlılar erməni silahlıları tərəfindən kənddən çıxarılmış, 1828-1829-cu illərdə İranın Xoy vi­layətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (427, s. 378). Hazırda kənddə ermənilər yaşayır. Toponim "xız" (ğız, ğuz) etno­niminə (ərəb mənbələrində oğuz etnonimi "ğız", "ğuz" formasında qeyd edilir (238, s. 138; 238, s. 50), cəmlik bildirən "-uz" (avuz, vuz) şəkilçisi­nin (399, II, s. 459) artırılması ilə əmələ gəlmiş­dir. Erm. SSR AS RH-nin 4 may 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Araqats" qo­yulmuşdur. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 26).

Coğrafi koordinatları: 40°13' şm. e., 44°13' ş. u. 

INSTAGRAM
posts
followers
Follow