Facebook Pixel Code
Təkiyə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Təkiyə - İrəvan quberniyasının Eçmiəd­zİn qəzasında, keçmiş Əştərək rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aş­tarak (Əştərək) şəhərindən 6 km cənub-qərbdə, Kasax çayının sağ sahilində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. Kəndin digər adı "Təkyə təkkə"dir (427, s. 546). 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Pirtə- kiyəsi" kəndi (143, s. 162), 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə "Təkkə" kəndi (143, s. 88), Qafqazın 5 verstlik xəritəsində "Tə­kiyə" kimi (348, s. 236) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155, 1873-cü ildə 398, 1886-cı ildə 582, 1897-ci ildə 635, 1908-ci ildə 725, 1914-cü ildə 768, 1916-cı ildə 587, 1919-cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22- 23, 106-107). 1919-cu ildə azərbaycanlılar er­məni silahlı birləşmələri tərəfindən deportasiya edilmişlər. 1919—1920-ci illərdə kəndə Türkiyə­nin Muş, Bitlis və Ahlat vilayətlərindən ermənilər köçürülmüşdür (427, s. 546). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndə qayıda bilmiş­lər. Kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 179, 1926-cı ildə 175, 1931-ci ildə 227 nəfər azər­baycanlı yaşamışdır (415, s. 22-23, 106-107). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azər­baycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə ta­rixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk mənşəli "təkə" etnonimi (321, s. 74; 271, s. 112) əsasın­da əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Bazmaxpyur" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 41).

Coğrafi koordinatları: 40°20' şm. e., 44°18' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow