Facebook Pixel Code
Danagirməz
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Danagirməz - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Abaran rayonunda, Araqat­sotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 39 km şimal-qərbdə, Ala­göz dağının ətəyində, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Kəndin digər adı Damagir- məz, Danadamagirməz olmuşdur (415, s. 4). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 74). Türkiyənin Ərzurum, Muş vilayətlə­rindən və İrandan ermənilər köçürülüb kənddə yerləşdirilmişdir (381, s. 587-590; 416, s. 146). Burada ermənilərlə yanaşı, 1905-ci ildə 387, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır (415, s. 96-97). Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Hazırda bu­rada ermənilər yaşayır. Toponim "dana" heyvan adı ilə feilin qeyri-qəti gələcək zamanında iş­lənən "girməz" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hovit", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Niqavan" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Araqatsotn vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 146).

Coğrafi koordinatları: 40°37' şm. e., 44°17' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow