İlançalan - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 8-9 km şimalda, dəniz səviyyəsindən 1611 m hündürlükdə, Abaran çayının sağ tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 101) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Toponim Azərbaycan dilində işlənən "ilan" ismi ilə "çalan" feili sifətinin birləşməsi nəticəsində formalaşmışdır. 1920-ci ildə kəndin adı dəyişdirilərək "Artaşavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 37-38).
Coğrafi koordinatları: 40°23' şm. e., 44°22' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/